Türkiyə İraq Kürdüstanında hərbi bazalarını genişləndirir
2024-05-16 11:48:54
Türkiyə İraq Kürdüstanında hərbi bazalarını genişləndirir. Belə ki, Türkiyə ordusu İraq Kürdüstanının şimalındakı Dahuk əyalətinin Amadiya şəhərində yeni hərbi baza tikir.
Bu barədə İraqın "Shafaq News" xəbər agentliyi bildirib. Qeyd olunur ki, Türkiyə kürd hərbi-siyasi təşkilatı PKK yaraqlılarını təqib etmək üçün Dohukun şimalında strateji istiqamətlərdə onlarla hərbi məntəqə yaradıb.
Hamburq Universitetinin Yaxın Şərq üzrə eksperti Yılmazın sözlərinə görə, 2021-ci ilə kimi İraqda 5 min nəfərlik hərbi kontingentlə 10 türk bazası yaradılıb.
Ülviyyə, Hurriyyet.az