Türkiyə İraqda antiterror əməliyyatını davam etdirir – terrorçuların nə qədər itki verdiyi açıqlandı
2022-05-11 18:00:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İraqın şimalında terrorçulara qarşı aparılan “Pəncə-Kilid” əməliyyatı başlanandan bəri Türkiyə Silahlı Qüvvələri 76 nəfər terrorçunu zərərsizləşdiriblər.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz “Tvitter” səhifəsində verib.
18 aprel tarixində başlanan əməliyyat İraqın 3 rayonunda aparılır.
Hürr Tərcüman