📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə-İsrail arasında diplomatik münasibətlər bərpa olunur

2022-12-27 20:49:00

Türkiyə-İsrail arasında diplomatik münasibətlər bərpa olunur

Hurriyyet.az xəbər verir ki, İsrailin Ankaradakı yeni səfiri İrit Lillian bu gün öz etimadnaməsini Türkiyə Prezidenti R.T.Ərdoğana təqdim edib. Bu barədə məlumat Türkiyənin Prezident Aparatının “Tvitter” səhifəsində dərc edilib.

Lilian əvvəllər İsrailin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Dördillik fasilədən sonra ilk dəfədir ki, İsrail Ankaraya səfir göndərir.

Türkiyə də Tel-Əviv səfirini təyin edib. Bu vəzifəni Şakir Özkan Torunlar icra edəcək. O, 2010-2013-cü illərdə Türkiyənin Qüdsdəki baş konsulu olub.

Hər iki ölkələrin səfirlərinin öz vəzifələrinin icrasına başlaması ilə diplomatik münasibətlər tam bərpa olunur.

Hürr Tərcüman