📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İsrailə qarşı Haaqa məhkəməsinə müraciət edib

2024-08-07 18:38:12

Türkiyə İsrailə qarşı Haaqa məhkəməsinə müraciət edib

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə CAR-ın BMT-nin Beynəlxalq Məhkəməsində İsrailə qarşı qaldırdığı iddiaya qoşulub. 
Türkiyənin Haaqa məhkəməsinə müraciətində İsrail Qəzza bölgəsində yaşayan əhaliyə qarşı soyqırımında ittiham olunur.
Beləliklə, Türkiyə CAR-ın ittihamlarına qoşulan sayca yeddinci ölkə olub. Ondan əvvəl Nikaraqua, Kolumbiya, Liviya, Meksika, Fələstin və İspaniya eyni addımı atıblar.
Hürr Tərcüman