📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İsrailə səfir göndərir

2022-10-06 22:14:00

Türkiyə İsrailə səfir göndərir

Hurriyyet.az xəbər verir ki, dörd illik fasilədən sonra Türkiyə İsrailə səfir təyin edib.

Prezident R.T.Ərdoğanın fərmanı ilə Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar olub. O, 2010-2013-cü illərdə Qüdsdə Baş konsul vəzifəsini icra edib.

Xatırladaq ki, oktyabrın 2-də İsrail Türkiyəyə səfir təyin edilməsi barədə qərarını açıqlayıb. Həmin tarixə qədər İsrailin Türkiyədəki müvəqqəti işlər vəkili olmuş İrit Lillian ölkənin Ankaradakı səfiri vəzifəsinə təyin edilib.

Hürr Tərcüman