📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İsrailin Qəzzada Nusayrat Qaçqınlar Düşərgəsindəki qətliamını lənətləyib.

2024-06-09 11:48:44

Türkiyə İsrailin Qəzzada Nusayrat Qaçqınlar Düşərgəsindəki qətliamını lənətləyib.

Hurriyyet.az xəbər verir ki,Türkiyə Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada, "İsrailin Qəzzada Nusayrat Qaçqınlar Düşərgəsinə həyata keçirdiyi və yüzlərlə mülki fələstinlinin ölümünə səbəb olan hücumu lənətləyirik". ifadəsi işlədilib.

İsrailin Qəzzada Nusayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda ölənlərin sayı 210-a yüksəlib.
Açıqlamada İsrailin bu son “barbar hücumu” ilə Qəzzada törətdiyi hərbi cinayətlərə bir yenisini əlavə etdiyi bildirilib və bunlar qeyd edilib:

“Biz 1948-ci il Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozduğuna görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə olunan İsraili dayandırmaq üçün beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan qurumları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını öz öhdəliklərini yerinə yetirməyə çağırırıq.