📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə istənilən anda Suriyada antiterror əməliyyatına başlaya bilər

2022-11-29 15:58:00

Türkiyə istənilən anda Suriyada antiterror əməliyyatına başlaya bilər

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın A Haber kanalına müsahibəsində “Suriyada beşinci əməliyyat nə zaman keçiriləcək?” sualının cavabında “Hər bir an keçirilə bilər" sözlərini söyləyib.

Kalın Türkiyənin heç kimsədən icazə almayacağını, heç kimə hesabat verməyəcəyini söyləyərək deyib: “Məsuliyyət sahibi bir dövlət olaraq müttəfiqlərimizlə və qonşu ölkələrlə bu cür əməliyyatları əlbəttə müzakirə edirik. Lakin heç kimə əvvəlcədən məlumat verib icazə almaqdan söhbət gedə bilməz. Türkiyə öz təhlükəsizlik problemlərini həll eləmək üçün heç kimə əvvəlcədən məlumat verib icazə almaz, heç kimə hesabat verməz”.

Hürr Tərcüman