📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyə İsveçlə Finlandiyaya “NATO-ya xoş gəlmisiniz” deyə bilməz”

2022-06-08 22:06:00

“Türkiyə İsveçlə Finlandiyaya “NATO-ya xoş gəlmisiniz” deyə bilməz”

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İsveç ilə Finlandiyanın NATO-ya  daxil olması məsələsinə Ankaranın razılıq verməyə hazırlaşmadığını bəyan edib.

Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransındakı çıxışı zamanı İsveç televiziyasının “terror qruplaşmalarının liderlərinin müsahibəsini translyasiya elədiyini” bildirib. Ərdoğan deyib: “Belə addımdan sonra biz onlara “NATO-ya xoş gəlmisiniz” deyə bilmərik. Bu sözlər Finlandiyaya da aiddir”.

Hürr Tərcüman