📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İsveçlə müzakirələri davam etdirəcəkmi?

2023-04-06 00:25:00

Türkiyə İsveçlə müzakirələri davam etdirəcəkmi?

İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri iyunda davam etdirməyi planlaşdırırıq.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“İsveç üzərinə düşəni etdi, indi növbə Türkiyədir, Türkiyə üzərinə düşəni etməlidir” kimi ifadələri doğru hesab etmirik. Bizim kriteriyalarımızın, tələblərimizin nədən ibarət olduğu bəllidir. Onların yerinə yetirilmə dərəcəsi rəqəmlə və faktiki olaraq asanlıqla yoxlanıla bilər”, - Kalın qeyd edib.\\Axar.Az