📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İsveçrəyə narazılığını bildirib - Həbs edilməlidirlər

2023-06-16 12:12:00

Türkiyə İsveçrəyə narazılığını bildirib - Həbs edilməlidirlər

Hurriyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçrənin Ankaradakı səfiri Jan Daniel Ruh Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb. Ankaranın narazılığının səbəbi Sürixdə Türkiyə liderinin ünvanına edilən təxribatlar olub.

Türkiyə Prezidentinin ünvanına istənilən formada təxribatların yolverilməz olduğu isveçrəli diplomatın nəzərinə çatdırılıb. Türkiyə İsveçrəni dərhal təhqiqata başlamağa və təxribatı törədənləri məsuliyyətə cəlb eləməyə çağırıb.

 “Sürixin inqilabı tətil kollektivi” adlı qruplaşma iyunun 14-də ölkə paytaxtındakı UBS bankı binasının qarşısında Türkiyə əlüyhinə aksiya keçirib və Türkiyənin bayrağını yandırıb.

Hürr Tərcüman