📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatçıları təhlükəli terrorçunu İraqda yaxaladılar

2022-04-15 11:59:00

Türkiyə kəşfiyyatçıları təhlükəli terrorçunu İraqda yaxaladılar

Hurriyyet.az  “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanları İraqın şimalında xüsusilə təhlükəli olan terrorçunu – PKK terror təşkilatının üzvü olan Abdulkerim Yılmazı ələ keçiriblər.

Əməliyyatı Türkiyə Milli Kəşfiyyat Təşkilatı həyata keçirib.

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda PKK/KCK terror təşkilatında fəaliyyətə başlamış terrorçu 2015-ci ildən axtarışdadır. Abdulkerim Yılmaz axtarışa veriləndən sonra qanunsuz yolla İraq ərazisinə keçmişdi.

Hürr Tərcüman