📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatı Arman adlı təhlükəli terrorçunu zərərsizləşdirdi

2022-08-01 15:13:00

Türkiyə kəşfiyyatı Arman adlı təhlükəli terrorçunu zərərsizləşdirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanları Suriyada, Ayn əl Ərəb rayonunda YPG (PKK) terrorçularının komandirlərindən birini zərərsizləşdiriblər.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) nöqtəvi əməliyyatla zərərsizləşdirdiyi Erhan Arman PKK/YPG-nin Suriya qanadının Ayn əl Ərəb (Kobani) rayonundakı rəhbərlərindən biri hesab edilirdi.

Təhlükəsizlik xidmətindəki mənbələrin verdiyi xəbərə görə, “Berhvedan Muş” ləqəbli terrorçu Türkiyə ərazisi də daxil olmaqla, bir sıra terror aktlarında fəal iştirak edib. Sonra o, Suriyaya qaçaraq, terror fəaliyyətini orada davam etdirib.

2019-cu ildə Arman PKK/YPG-nin Ayn əl Ərəbdəki dəstəsinin rəhbəri “təyin edilib”.

Hürr Tərcüman