📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatı iki təhlükəli terrorçunu İraqda yaxaladı

2022-09-14 17:03:00

Türkiyə kəşfiyyatı iki təhlükəli terrorçunu İraqda yaxaladı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi növbəti əməliyyat zamanı PKK terror təşkilatının iki üzvü - Hatip Güney və Aya Ahmet Süleyman saxlanılıb. Bu barədə Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbə məlumat verib.

“Anadolu” agentliyi əməliyyatın PKK-nın Mahmur bazası ərazisində həyata keçirildiyini bildirir.

Hatip Güney 2019-cu ilin sentyabrında Türkiyənin Van vilayətindən keçərək İrana qaçıb, daha sonra oradan Şimali İraqa köçüb. Orada o, terrorçu qruplardan birinə rəhbərlik edib.

Aya Ahmet Süleyman 2015-ci ildən PKK-nın Suriya qanadı olan YPG-nin üzvüdür. 2018-ci ildə o, İraqın şimalındakı Mahmur bazasına gəlib.

Hürr Tərcüman