Türkiyə kəşfiyyatı İraqda əməliyyat apardı
2024-03-07 10:27:43
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalındakı Süleymaniyə rayonunda apardığı əməliyyat nəticəsində PKK terror təşkilatının fəallarından olan Hüsnü Kümek zərərsizləşdirilib. "Şevger Azad" və "Aras" kod adları ilə məşhur terrorçunun PKK rəhbərləri Cemil Bayik ilə Duran Kalkanın mühafizəçisi olduğu bildirilir.
Kümek 1999-cu ildən PKK təşkilatının üzvü olub.
İstanbul Baş Prokurorluğu onun adını axtarışda olanlar siyahısına salmışdı.
Hürr Tərcüman