Türkiyə kəşfiyyatı İraqda əməliyyat keçirdi
2022-09-13 23:09:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında 4 nəfər PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbə məlumat verib. Qeyd edildiyi kimi, əməliyyat 10-dan 12-dək olan dövrdə keçirilib. “Anadolu Agentliyi”nin verdiyi xəbərə görə onlardan 3-ü Qara bölgəsində, daha biri isə Qəndil dağı bölgəsində zərərsizləşdirilib.
Hürr Tərcüman