Türkiyə kəşfiyyatı İraqın şimalında antiterror əməliyyatı keçirdi
2022-11-18 19:15:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İraqın şimalındakı Qara rayonunda apardığı əməliyyat zamanı 5 nəfər PKK üzvünü zərərsizləşdirib. Bu barədə məlumatı Ankaradakı təhlükəsizlik idarələrində işləyən mənbə verib.
Məlumata görə, yaraqlılar arasında PKK-nın qadın qanadının başçılarından biri olub – o, Türkiyədə törədilən terror aktlarının təşkilində iştirak edib.
Bildirilir ki, zərərsizləşdirilmiş qadın terrorçu Suriyanın şimalındakı türk hərbçilərə qarşı hücumu planlaşdırıb və “Pəncə-Kilid” əməliyyatı zonasında terror aktlarının törədilməsi üçün PKK terrorçularını təlimatlandırıb.
Hürr Tərcüman