Türkiyə kəşfiyyatı MİT PKK-nın Avropadakı əlaltılarını saxlayıb
2024-10-23 10:25:26
Türkiyə kəşfiyyatı MİT PKK-nın Avropadakı əlaltılarını saxlayıb. Belə ki, Türkiyə kəşfiyyatı PKK-nın Avropadakı fəaliyyətində fəal iştirak edən 3 üzvünün saxlanılması istiqamətində uğurlu əməliyyat keçirib. Əməliyyat İstanbul və Balıkəsir polisi ilə birgə həyata keçirilib.
Saxlanılanlar Zeynep və Zübeyde Taşkıran bacıları, həmçinin Xatın Şahbazdır. Zeynep Fransada PKK-nın fəal üzvü olub və Türkiyə əleyhinə tədbirlərin təşkilində iştirak edib. Xatın Köln və Parisdə PKK təbliğatı ilə məşğul olub, Almaniya vətəndaşlığını alan Zübeyde kənd yerlərində cinayət əməlləri üçün Denise Taşkıran adından istifadə edib.
Ülviyyə, Hurriyyet.az