📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatı sui-qəsd cəhdində İran kəşfiyyatına bağlı şəxsləri saxladı

2022-02-10 10:56:00

Türkiyə kəşfiyyatı sui-qəsd cəhdində İran kəşfiyyatına bağlı şəxsləri saxladı

Türkiyənin Kəşfiyyat Xidməti - MİT İslam Cümhuriyyətinə müxalif olan bir nəfərin oğurlanmasında İran kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 17 nəfərin saxlandığını açıqlayıb. Bu barədə "İran İnternational" xəbər portalı Türkiyə mediasına istinadla məlumat yayıb.

Bildirilir ki, adam oğurluğunu təşkil edən qrupda prokuror, müdafiə sənayesi şirkətinin sahibi, ehtiyatda olan polkovnik və bir neçə zabit olub. Məlumatda qaçırılması nəzərdə tutulan şəxsin adı açıqlanmasa da, Türkiyə mediası onun Qara dəniz sahilindəki liman şəhəri Zonquldağda yaşayan İran hökumətinin əleyhdarı olduğunu bildirib. Türkiyə mətbuatı onu da qeyd edib ki, həmin müxalif şəxs uzun müddət öncədən İranın əmniyət servisinin diqqətində olub və ölkənin Kəşfiyyat Nazirliyi - ETTELAAT Əli Qəhrəman Hacıabad adlı bir nəfəri oğurluq planını hazırlaması üçün İstanbula göndərib və sözügedən şəxs planı hazırladıqdan sonra yenidən İrana qayıdıb.

Ülviyyə, Hurriyyet.az