📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini zərərsizləşdirdi” – Ərdoğan

2023-05-01 09:52:00

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini zərərsizləşdirdi” – Ərdoğan

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının əməkdaşlarının Suriyada apardığı əməliyyat nəticəsində İŞİD terror təşkilatının Əbu Hüseyn əl Qüreyşi kod adlı qondarma lideri zərərsizləşdirib. Bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Türk, ATV Avropa, Euro D, Euro Star və Kanal 7 kanallarının birgə efirindəki çıxışında verib.

Ərdoğan Türkiyə kəşfiyyatının terrorçunu uzun müddət izlədiyini bildirib.

Hürr Tərcüman