📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə kəşfiyyatı Suriyada PKK rəhbərini zərərsizləşdirdi

2022-10-24 13:51:00

Türkiyə kəşfiyyatı Suriyada PKK rəhbərini zərərsizləşdirdi

Hurriyyet.az “Anadolu Agetliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı  (MİT) Suriyanın Əş Şəddad şəhərində PKK terror təşkilatının rəhbərlərindən birini zərərsizləşdirib.

Türkiyənin təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, “Amed Dorşin” ləqəbli Eyyup Yakut 2010-cu ildə PKK sıralarına qoşulub. O, separatçı fəaliyyətlə və Türkiyədə terror aktlarının təşkil edilməsi ilə məşğul olub.

Eyyüp Yakut separatçı terror təşkilatı PKK/YPG-nin qondarma Çavreş briqada təxribat batalyonuna rəhbərlik edirmiş.

Hürr Tərcüman