Türkiyə kəşfiyyatının İraq əməliyyatı - PKK lideri neytrallaşdırıldı
2024-05-13 13:06:13
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK liderlərindən birini - Sedat Aksu adlı şəxsi zərərsizləşdiriblər.
Milli Kəşfiyyat Təşkilatı əməliyyatı İraqın Qara bölgəsində aparıb.
Kəşfiyyat orqanlarındakı mənbələrin verdiyi məlumata görə, "Şevqer Çiya" kod adlı Sedat Aksu Türkiyə, Suriya və İraqda asayiş qüvvələrinə qarşı terror aktlarının sifarişçisi olub, həmçinin "Pəncə-Kilid" əməliyyatı zonasında terror aktlarının törədilməsi üçün terrorçuları silah və sursatla təmin edib. O, terror təşkilatına 1998-ci ildən qoşulub, PKK-nın İraqdakı şaxəsinin liderlərindən biri olub.
Hürr Tərcüman