Türkiyə KİV-ləri: bəlkə də İran prezidentinin ölümü hakimiyyət uğrunda daxili mübarizə ilə bağlıdır...
Rəisi İranın Ali Rəhbəri postuna ən güclü namizədlərdən biri olub və ola bilsin ki, onun ölümü ölkədə hakimiyyət uğrunda gedən mübarizə ilə bağlıdır. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazır.
Qeyd olunur ki, Rəisinin ölümündən sonra onun 55 yaşlı oğlu Müctəba Xamneyi və İran parlamentinin sədri Qalibaf 85 yaşlı ruhani lider Əli Xamneyinin yerinə əsas namizədlərdən biri hesab olunur.
Rəisidən sonra prezidentliyə namizəd İranın xarici işlər naziri Abdollahian olub, Türkiyənin Türkiyə qəzeti İranın kəşfiyyat xidmətlərindəki mənbəyə istinadən yazır. Ola bilsin ki, “prezidentin və ölkənin Xarici İşlər Nazirliyi rəhbərinin ölümü bir daşla iki quş vurur”. Qəzetin mənbələrinin məlumatına görə, Abdullahyan son anda prezident helikopterindəki sərnişinlər siyahısına salınıb. O, əvvəlcə ikinci helikopterdə uçmalı idi.
Ülviyyə, Hurriyyet.az