📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə klubu "Çelsi"nin hücumçusunu transfer edir

2023-01-14 19:50:00

Türkiyə klubu

"Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

İstanbul təmsilçisinin hədəfində olan oyunçu "Çelsi"yə məxsus olan David Datro Fofanadır. "Sarı-qırmızılılar" Fil Dişi Sahilindən olan forvardı 1,5 illik icarəyə götürmək üçün London klubuna təklif göndərib.

Qeyd edək ki, "Çelsi" David Datro Fofananı bir neçə gün öncə Norveçin "Molde" klubundan transfer edib. \\Offsideplus.az