📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə klubu zəlzələyə görə ölkə çempionatında iştirakını dayandırır

2023-02-08 21:53:00

Türkiyə klubu zəlzələyə görə ölkə çempionatında iştirakını dayandırır

Türkiyənin "Yeni Malatyaspor" komandası bu mövsüm çıxış etdiyi I Liqada iştirakını dayandıra bilər.

Bu barədə klubun prezidenti Ahmet Yaman "Sabah" nəşrinə açıqlama verib.

O bildirib ki, Türkiyə Futbol Federasiyasının qərarından sonra bu variantı nəzərdən keçirməyə başlayıblar: "TFF-nin verdiyi qərar biabırçılıqdır. Zəlzələ nətiəsində şəhərdə hər yer dağılıb. On gündən sonra oynamağa heç vaxt razı olmayacağıq. Yaxın vaxtlarda İdarə Heyəti ilə görüşəcəyik. Şərtlər dəyişməsə, çempionatı tərk edəcəyik".

Qeyd edək ki, Malatya ilə yanaşı, Türkiyənin daha 9 vilayətində baş vermiş zəlzələ nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb.