Türkiyə konsulluğunun avtomobili yandırıldı
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Ştutqart şəhərindəki Baş Konsulluğuna məxsus xidməti avtomobilin yandırılmasından sonra Almaniyanın Ankaradakı səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.
İyulun 18-dən 19-na keçən gecə Baş Konsulluğun avtomobili yanıb, yaxınlıqdakı digər nəqliyyat vasitələri də zədələnib.
Türkiyə XİN son aylar ərzində Almaniyada Türkiyə nümayəndəliklərinə edilən hücum faktlarını səfirin diqqətinə çatdırıb. Ştutqartdakı Baş konsulluğa hücumun müqəssirlərinin tez bir zamanda yaxalanıb məsuliyyətə cəlb olunacağına ümid edilidiyi bildirilib. Diplomatik təcrübəyə uyğun olaraq dəyən zərərin kompensasiyasının ödənilməsi tələb edilib, Almaniyanın ölkə ərazisindəki türk nümayəndəliklərinin tam təhlükəsizliyini təmin etməli olduğu xatırladılıb.
Hürr Tərcüman