Türkiyə konsulunun qatili, ASALA terrorçusu İrəvanda həbs edildi
2024-05-14 10:45:20
Hurriyyet.az xəbər verir ki, ASALA terror təşkilatının üzvü, Türkiyə konsulunu qətlə yetirdiyi üçün ABŞ-da 40 ilə yaxın həbsxanada qalmış Ambik Sasunyan bu gün səhər saatlarında İrəvanda saxlanılıb. O, revanşçıların Nikol Paşinyan hökumətinə qarşı keçirdikləri etiraz aksiyalarında iştirak edirmiş.
Bu barədə "Sputnik Ermənistan" informasiya agentliyi məlumat verib.
Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilsə də, 2019-cu ildə həbsxanadan buraxılıb.
Hürr Tərcüman
