"Türkiyə lirəsinin ən çox ABŞ doları qarşısında dəyər itirdiyini düşünənlər yanılırlar" - XAQANİ CƏFƏRLİ
"Belə görünür ki, talibançı Hacı Məhəmməd İdris Türkiyə Mərkəzi Bankının sədri, professor Şahap Kavcıoğludan daha yaxşı mütəxəsisdir"
"Türkiyə lirəsinin sürətlə dəyərdən düşməsini prezident Rəcəb Tayyip Ərdoğanın səhv siyasəti ilə deyil, ABŞ dolların bütün valyutalar qarşısında güclənməsini səbəb kimi göstərən soydaşlarımız da var. Halbuki, türk lirəsi son üç ayda ABŞ dolları qarşısında 40 faiz, Avropa ölkələrinin valyutası arasında ən zəif valyuta olan Bolqarıstan levası qarşısında 37 faiz dəyərdən düşüb. Pakistan kimi yoxsul ölkənin milli valyutası rupi qarşısında türk lirəsi 37 faiz dəyər itiririb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Talibanın hakimiyyətdə olduğu Əfqanıstanın valyutası əfqani qarşısında türk lirəsi 29 faiz dəyərdən düşüb: "Əfqanıstan Mərkəzi Bankını iş masasının üzərinə qoyduğu "Kalaşnikov" avtomatı ilə poz verməyi xoşlayan Hacı Məhəmməd İdrisi idarə edir. Ancaq belə görünür ki, talibançı Hacı Məhəmməd İdris də Türkiyə Mərkəzi Bankının sədri, professor Şahap Kavcıoğludan daha yaxşı mütəxəsisdir".
Xaqani Cəfərli hesab edir ki, Türkiyə lirəsinin ən çox ABŞ doları qarşısında dəyər itirdiyini düşünənlər isə yanılırlar: "Türk lirəsi ABŞ dolları qarşısında son üç ayda 40 faiz dəyər itirdiyi halda, Mozambik valyutası metikali qarşısında 41 faiz dəyərdən düşüb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az