📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Malayziyaya 100 milyon dollarlıq silah satır

2023-05-25 16:22:00

Türkiyə Malayziyaya 100 milyon dollarlıq silah satır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin aparıcı müdafiə şirkətlərindən olan TUSAŞ milli aerokosmik şirkəti Malayziyaya satacağı 3 ədəd ANKA Silahlı Pilotsuz Uçuş Aparatının (SPUA) qarşılığında 100 milyon dollara yaxın vəsait alacaq.

Şirkətin məhsulları Malayziyada keçirilən Asiya-Sakit okean regionu üzər ən böyük müdafiə sərgisi olan “LIMA Langkawi 2023” sərgisində bəyənilib və satılıb.

Malayziya Silahlı Qüvvələrinə veriləcək dronlar peykdən idarə eilən xüsusi radarlarla təchiz edilib. Müqavilə iki il ərzində gerçəkləşdiriləcək.

Hürr Tərcüman