📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Milli Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət müzakirə olunub

2023-09-28 22:24:28

Türkiyə Milli Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət müzakirə olunub

Cənubi Qafqazda daimi sülhə gedən yol yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olunması, bölgədəki bütün ölkələrin rifahına töhfə verəcək müqavilə öhdəliklərinin yerinə yetirilməsilə açıla bilər.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə başa çatan ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Sənəddə bildirilib ki, Türkiyə bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, MTŞ toplantısında bir çox məsələlərlə yanaşı, Qarabağdakı cari vəziyyət və Azərbaycanın bölgədə keçirdiyi lokal antiterror tədbirləri də müzakirə olunub.\\Ölkə.az