Türkiyə MN: “13 terrorçunu zərərsizləşdirdik”
2022-02-16 12:55:00
Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatları bölgələrinə hücuma hazırlaşan 13 nəfər PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib. Bu barədə Nazirliyin “Tvitter” səhifəsində açıqlama verilib: “Qəhrəman komandolarımızın apardığı uğurlu əməliyyat nəticəsində “Zeytun budağı” və “Fərat qalxanı” bölgələrinə hücuma hazırlaşan 13 PKK/YPG terrorçusu da zərərsizləşdirib”.
Hürr Tərcüman