Türkiyə MN əməliyyat keçirdi: “Sonuncu terrorçu zərərsizləşdirilənə qədər...”
2021-11-17 14:09:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi “Tvitter” səhifəsindəki açıqlamada İraqın şimalındakı Metina və Hakurk rayonlarında keçirilən antiterror əməliyyatı nəticəsində 3 nəfər PKK terrorçusunun havadan endirilən zərbələrlə zərərsizləşdirildiyini bildirib.
Açıqlamada deyilir: “Terrorla mübarizəmiz qətiyyətlə davam edir. İraqın şimalındakı Metina və Hakurk bölgələrində aşkar edilən 3 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Sonuncu terrorçu zərərsizləşdirənə qədər əməliyyatlarımız davam edəcək”.
Hürr Tərcüman