📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə MN: “İlin əvvəlindən bəri 1,3 mindən artıq terrorçu zərərsizləşdirilib”

2021-11-01 17:48:00

Türkiyə MN: “İlin əvvəlindən bəri 1,3 mindən artıq terrorçu zərərsizləşdirilib”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələri tərəfindən ilin əvvəlindən bəri müxtəlif terror təşkilatlarının üzvü olan 2,3 min nəfərdən artıq terrorçu zərərsizləşdirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin təmsilçisi Pınar Kara bildirib: “Təkcə oktyabr ayında Türkiyə və onun sərhədlərindən kənarda 27 əməliyyat keçirilib, həmin əməliyyatlar zamanı 279 terrorçu, ilin əvvəlindən indiyə qədər ümumilikdə 2360 terrorçu zərərsizləşdirilib”.

O, Suriyadakı antiterror əməliyyatlarında 169 terrorçunun neytrallaşdırıldığını əlavə edib.

 

Hürr Tərcüman