Türkiyə MN İraqın şimalındakı antiterror əməliyyatı ilə bağlı hesabat yayıb
2022-07-23 14:03:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında 17 aprel tarixindən bəri apardıqları “Pəncə-Kilid” əməliyyatının keçirildiyi 3 ay ərzində 290 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Açıqlamada aprel ayından bəri terrorçuların 330 obyektinin və terrorçuların sığınacağına çevrilmiş mağaraların girişlərinin məhv edildiyi bildirilir.
İraqın şimalında böyük miqdarda silah-sursat, snayper tüfəngləri, əl qumbaraları, minalar və s. aşkar edilib.
Hürr Tərcüman