Türkiyə MN“Akıncı PUA xidmətə başladı”
2021-12-03 14:45:00
Hurriyyet.az CNN Türk kanalına istinadən xəbər verir ki, Türkiyənin Milli müdafiə Nazirliyi Çorlu bölgəsindəki Hava Medan Komandanlığında texniki baxışdan keçirilmə işləri tamamlanmış 3 ədəd Akıncı Pilotsu Uçuş Aparatının xidmətə başlayacağını bəyan edib.
Nazirliyin “Tvitter” hesabındakı açıqlamasında deyilir: “3 ədəd Akıncı PUA-nın Çorludakı Hava Meydan Komandanlığımızda texniki baxışdan keçməsi və qəbul edilməsi işləri yekunlaşıb. Xidmətə başlayacaq Akıncı PUA-ları Quru Qüvvələri Komandanlığımıza xeyirli olsun”.
Nazirliyin paylaşdığı təsvirdə isə Akıncı PUA-ların havadan kəşfiyyat, nəzarət və müşahidə ehtiyaclarını ödəməklə Quru Qüvvətlərini daha da gücləndirəcəyi bildirilib.
Hürr Tərcüman