📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif etdi

2022-03-05 16:54:00

Türkiyə Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif etdi

Türkiyə rəsmi Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

“Bizim həm Rusiya, həm də Ukrayna ilə yaxşı əlaqələrimiz var. Prezidentimizin də dediyi kimi, biz nə Rusiyadan imtina edə bilərik, nə də Ukraynadan. Türkiyə iki tərəflə danışan nadir aktorlardandır. Prezidentimizin həm Putinlə, həm də Zelenski ilə yaxşı ünsiyyəti var. Müharibənin başa çatması istiqamətində hansı töhfələr verə biləcəyimiz barədə düşünürük. Əlimizdən gələni etməyə hazırıq”, - deyə o bildirib.

Axar.az