📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Müdafiə Nazirliyi antiterror əməliyyatları barəsində açıqlama verib

2024-03-07 18:46:15

Türkiyə Müdafiə Nazirliyi antiterror əməliyyatları barəsində açıqlama verib

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kont-admiral Zeki Aktürk bugünkü brifinqdə Türkiyə Silahlı Qüvvələrinin ötən həftə ərzində  keçirdiyi antiterror əməliyyatlarının gedişində 36 terrorçunu zərərsizləşdirildiyini bildirib. Əməliyyatların bir qismi ölkə xaricində - İraqın şimalı ilə Suriyanın şimalında aparılıb.
Onun sözlərinə görə, PKK təşkilatının Suriyadakı şaxəsi olan YPG-nin, İŞİD və FƏTÖ-nün üzvü olan terrorçular zərərsizləşdirilib. Bununla da 2024-cü il yanvarın 1-dən bəri aradan götürülən terrorçuların sayı 519 nəfərə (İraqın şimalında 204, Suriyanın şimalında 315 nəfər) çatıb.
Hürr Tərcüman