📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında antiterror əməliyyatları keçirdi

2021-12-16 17:04:00

Türkiyə Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında antiterror əməliyyatları keçirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 3 nəfər PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib. Bu barədə məlumat nazirliyin sosial şəbəkə hesablarında verilib.

İraqın şimalındakı Haftanin məntəqəsində 1 nəfər terrorçu silahlı dronla aparılan əməliyyat nəticəsində, Suriyanın şimalındakı “Barış bulağı” bölgəsində isə 2 nəfər terrorçu komandolar tərəfindən zərərsizləşdirilib.

 

Hürr Tərcüman