📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə NATO-nun sülhməramlı missiyasına rəhbər seçildi

2023-10-11 09:58:18

Türkiyə NATO-nun sülhməramlı missiyasına rəhbər seçildi

Hurriyyet.az xəbər verir ki, Türkiyə ilk dəfə NATO-nun Kosovadakı sülhməramlı kontingentinin (KFOR) başçısı olub.  Bu barədə məlumatı KFOR-un mətbuat xidməti verib. İndiyə qədər missiyaya İtaliya başçılıq edib. Priştnada keçirilən mərasimdə Vedpo Mikele Ristuçça səlahiyyətlərini Türkiyə generalı Özkan Ulutasa təhvil verib.

NATO-nun Kosovadakı sülhməramlı missiyası BMT-nin müvafiq qətnaməsi ilə 1999-cu ildə yaradılıb. Hazırda KFOR-da 27 ölkədən (onlardan 6-sı NATO üzvü deyil) olan 4500 hərbçi xidmət edir.

Hürr Tərcüman