📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ordusu 6 şəhid verdi: Səfirliyimizdən reaksiya...

2023-12-23 11:38:00

Türkiyə ordusu 6 şəhid verdi: Səfirliyimizdən reaksiya...

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin X hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

axar.az