Türkiyə ordusu daha iki il Suriya və İraqda QALACAQ
2021-10-26 22:07:00
Türkiyə parlamenti (TBMM) ölkənin Silahlı Qüvvələrinin terrorla mübarizə məqsədilə daha iki il Suriya və İraqda qalmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Keçirilən səsvermə nəticəsində bu müddət CHP və HDP-nin “yox” səsinə qarşı AKP, MHP və İYİ partiyanın “hə” səs çoxluğu ilə uzadılıb.
Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib. \\Ölkə.az