Türkiyə ordusu şəhid verdi - yaralılar var
2022-06-12 00:17:00
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Kilit” əməliyyat zonasında bir əsgər şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində daha 3 əsgər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Nazirlik həlak olan əsgərin ailəsinə başsağlığı verib. \\Modern.az