📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirdi

2022-02-05 13:21:00

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə ordusu Suriyanın şimalında, “Barış bulağı” və “Zeytun budağı” əməliyyatları zonalarında 14 nəfər terrorçunu zərərsizləşdirib. Bu barədə açıqlamanı Türkiyənin Milli Müdafiə Nazirliyi verib. Açıqlamada Suriyanın şimalına doğru şaxələnmiş PKK (YPG) terrorçuları ilə fəal mübarizə aparıldığı bildirilir.

Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki,  PKK-nın qanlı terror aktlarına başladığı 1984-cü ildən 2020-ci ilin martına qədər keçən müddət ərzində terrorçular Türkiyənin 7500 nəfər asayiş keşikçisi və 6800 nəfər dinc sakinini həlak ediblər.

ABŞ ilə Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Hürr Tərcüman