Türkiyə ordusu terrorçuları məhv etdi
2022-02-12 13:19:00
Türkiyə Silahlı Qüvvələri PKK-a zərbələr endirməyə davam edir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İraqın şimalındakı Haftanın bölgəsində təxribata cəhd edən 2 terrorçu, Sincarda isə 1 terrorçu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib", - məlumatda bildirilib.