Türkiyə ordusuna qarşı diversiya cəhdi: Şəhid və yaralılar var
2024-03-19 17:55:57
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
"Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, deyə məlumatda bildirilib.
qaynarinfo.az