📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə "Orta Asiya" ifadəsini "Türküstan" olaraq dəyişdirdi

2024-10-09 15:25:19

Türkiyə

Türkiyə "Orta Asiya" ifadəsini "Türküstan" olaraq dəyişdirib. Belə ki, Türkiyənin Milli Təhsil Nazirliyi tarix fənni kurikulumunda əsaslı dəyişiklikləri açıqlayıb.

Yeni yanaşmaya görə, “Mərkəzi Asiya” ifadəsi “Türküstan” ifadəsi ilə əvəz olunacaq. Ekspertlər qeyd edirlər ki, bu qərar gələcək nəsillərdə milli kimliyin, vətənpərvərlik hissinin gücləndirilməsinə yönəlib.

Ərdoğan türk dünyasının birliyinin vacibliyini vurğulayıb:

Qarşıdakı dövrü türklər dövrünə çevirmək üçün çiyin-çiyinə çalışacağıq, “Türk əsri” baxışımızı Türk Dövlətləri Təşkilatına çatdıracağıq”.

Ülviyyə, Hurriyyet.az