📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə parlamentində dava düşdü – Video

2026-02-11 20:56:13

  Türkiyə parlamentində dava düşdü – Video

Yeni təyin olunan ədliyyə naziri Akın Gürlek və daxili işlər naziri Mustafa Çiftçinin andiçmə mərasimindən əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) gərginlik yaranıb.
Hurriyyet.az 
”Haberler.com”a istinadla xəbər verir ki, CHP-li deputatlar yeni nazirlərin andiçmə prosesinə mane olublar.
Bu zaman AKP-dən olan millət vəkilləri ilə onlar arasında gərginlik yaşanıb.
Parlament sədri Bəkir Bozdağ iclası dayandırıb.
Daha sonra yeni nazirlər AKP-dən olan millət vəkillərinin köməyi ilə and içiblər.