Türkiyə parlamentində millət vəkilləri arasında dava olub
2021-12-08 17:57:00
Hurriyyet.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində dava olub.
CHP partiyasından olan millət vəkili Erkan Aydın parlamentin iclası zamanı Daxili İşlər naziri Süleyman Soyluya üz tutaraq deyib: “Daxili İşlər naziri, Sezgin Baran Korkmazın təyyarəsinə niyə mindiniz? Fotoşəkliniz yayıldı, “başqa təyyarə yox idi” dediniz. Prezidentə söyləyərdiniz”. Soylu cavabında Aydına: “Yalan deyirsən”, - deyə cavab verib.
Bu sözlərdən sonra parlamentdə qarışıqlıq düşüb. Millət vəkilləri bir-birini yumruqlayıblar. Davadan sonra iclasa fasilə verilib, bir qədər sonra isə Millət Məclisi öz işinə davam edib.
Hürr Tərcüman