📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə parlamentinin deputatı: Qərbi Azərbaycan məsələsi diqqət mərkəzimizdədir

2023-03-15 16:34:00

Türkiyə parlamentinin deputatı: Qərbi Azərbaycan məsələsi diqqət mərkəzimizdədir

Biz Türkiyədə parlamentimizin yığıncaqlarında və bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanın məsələsini qaldırmalıyıq. Bunu Türkiyə Böyük Milli Məclisinin deputatı AKP-dən olan deputatı, Azərbaycanla Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Ayrım, bu yaxınlarda Qərbi Azərbaycan cəmiyyətinin konsepsiyası ilə tanış olduğunu qeyd edib: "Bu konsepsiya parlamentimizin rəhbərinə təqdim olunacaq. Azərbaycan rəhbərliyi bu məsələyə beynəlxalq hüququn tələbləri çərçivəsində və çox həssas yaxınlaşır, buna görə də bu məsələ bizim üçün diqqət mərkəzindədir".
Millət vəkili əlavə edib ki, Türkiyədə hazırda prezident və parlament seçkiləri məsələsinin aktual olmasına baxmayaraq, Azərbaycanla dostluq qrupuna daxil olan deputatlar Qərbi Azərbaycan məsələsinə diqqət yetirir: "Bu məsələ parlamentdə xarici əlaqələr üzrə komitədə də qaldırılacaq. Biz bilirik ki, azərbaycanlılar və ümumilikdə türklər beş mərhələdə deportasiya edildi. 1828-ci ildən başlayaraq türklər və müsəlmanlar indi Ermənistanın qurulduğu qədim türk torpaqlarından zorla, təhdidlə, qırğınlarla qovuldu və bura Osmanlı İmperiyası, İrandan və digər yerlərdən ermənilər köçürülərək demoqrafik struktur dəyişdirildi. Keçmişdə burada yerli əhalinin 80% -i türk və müsəlmanlar idi. Buna görə, gənc nəsillərə coğrafiya və qədim türk torpaqlarının tarixi haqqında məlumat verməliyik ki, gənclər beynəlxalq məkanda erməni yalanlarına sübutlarla cavab versinlər".

Ülviyyə, Hurriyyet.az