📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaq

2022-12-09 14:27:00

Türkiyə Prezidenti Putin və Zelenski ilə danışacaq

“Bazar günü (dekabrın 11-də - red.) rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World” forumunda çıxışı zamanı deyib.

"Eyni zamanda, ukraynalı həmkarım Volodimir Zelenski ilə danışacağam. Məqsədimiz “Taxıl sazişi”ni davam etdirmək, xüsusilə kasıb ölkələrə taxıl ixrac etməkdir”, - Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, bütün dünya görüb ki, Türkiyə sülh üçün çalışır: “Səylərimizi gələcəkdə də davam edəcəyik”.

sfera.az