📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün dünya liderlərinə Qəzza çağrışı edəcək

2024-06-14 11:23:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün  dünya liderlərinə Qəzza çağrışı edəcək

Hurriyyet.az xəbər verir ki, bu gün G7 Liderlər Sammitində qlobal siyasətin nəbzi döyünür. Liderlərin gündəmində İsrailin Qəzzada törətdiyi qırğın, Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələləri var.Türkiyə Prezidenti Ərdoğan İspaniyadakı rəsmi təmaslarından sonra bu gün dünya liderləri ilə yüksək səviyyəli sammitdə iştirak edəcək. Onun çıxışının əsas gündəmi 'Qəzza' olacaq.

G7 liderlərinə Qəzza çağrısı.

Prezident Ərdoğan Türkiyənin Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq. Ərdoğan İsrailin Qəzzada 8 aydır həyata keçirdiyi qırğına dünyanın necə səssiz qaldığına diqqət çəkəcək.G7 Liderlər Sammitində Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal problemlər,  beynəlxalq enerji və qida sektorlarında yaşanan problemlər diqqət mərkəzində olacaq. Davamlı inkişaf və iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq.